Images (81)
PKK özünü ləğv etdi
John bolton 900x600
Rusiya Trampla şanşlarını həddən artıq sınayır-Con Bolton
Tramp
Prezident Tramp Yaxın Şərq turuna çıxır
Erdogan putin 1
Ərdoğan Putinə Türkiyənin Rusiya və Ukrayna arasında sülh danışıqlarına vasitəçilik etməyə hazır olduğunu bildirib
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

“Vəzifədən getsinlər, özlərini bədbəxt etməsinlər” – Elman Nəsirovdan məmurlara XƏBƏRDARLIQ

3 il ago
A A
Elman nasirli

Deputat Elman Nəsirovun fikrincə, dövlət başçısı İlham Əliyevin diqqət mərkəzində saxladığı məsələlərdən biri də korrupsiya ilə mübarizədir. Bunu jurnalistlərə verdiyi geniş müsahibə də təsdiqləyib. Belə ki, İlham Əliyev bildirib ki, Azərbaycanda rüşvətxorluq və korrupsiya ilə mübarizə ardıcıl olaraq həyata keçirilməkdədir:

“Məmurları vəzifəyə təyin edərkən də ölkə başçısının əsas xəbərdarlığı belə neqativ məsələlərlə bağlı olur”.

“Qərb Xəbər” məlumat verir ki, millət vəkili bizim.media ilə bölüşdüyü şərhində İlham Əliyevin “sözümüzlə əməlimiz üst-üstə” düşür xatırlatmasına diqqət çəkib.

Çünki məmurlara edilən xəbərdarlıqlardan nəticə çıxarmayanlar cəzalandırılırlar.

Onsuz da son kadr islahatları və həbslərin əsas səbəbi də rüşvət və korrupsiya olub ki, həmin ekslər qanun qarşısında cavab verməli olub.

Elman Nəsirov dövlət başçısından sitat gətirərək korrupsiya ilə mübarizədə kadr seçimlərinin də əhəmiyyətini qeyd edib:

“Kadr islahatları siyasi reformların tərkib hissəsi kimi reallaşdırılmaqdadır. Xüsusilə də Prezident Administrasiyası, nazirliklərdə, Milli Məclisdə, yerli icra hakimiyyəti orqanlarında ciddi kadr islahatları həyata keçirilib. Vəzifələrə yeni insanlar təyin olunub. Bu prosesdə cənab Prezident incə bir məqama diqqəti çəkdi. Qeyd elədi ki, yeni kadrların içərisində olan bir müddət tapşırıqları yerinə yetirir, rüşvət və korrupsiyadan uzaq olurlar. Amma müəyyən zaman keçəndən sonra “klassik” üsluba qayıdırlar. Bu yolverilməzdir və ictimai nəzarətin üzərinə də böyük məsuliyyət düşür. Prezident bunu da özəlliklə vurğulayıb”.

Elman Nəsirov bu yöndə medianın da üzərinə düşən məsuliyyətdən bəhs edib. Çünki bəzi olaylardan Prezident də media vasitəsilə agah olur.

Həm də vətəndaş-məmur təmaslarını minimuma endirmək lazımdır. Bu baxımdan, “ASAN Xİdmət” modeli uğurludur. Dünənki çıxışı həm də:

“Rüşvətxorluq və korrupsiya ilə mübarizənin gücləndirilməsi mesajı kimi də qəbul etmək olar. Yeni təyin olunanlara isə bir daha məsuliyyətə çağırış var. Yəni onlar özlərini yığışdırsınlar, bir müddət yaxşı işləyib, sonra yenidən “sələfləri” kimi davranmasınlar. Yoxsa dəmir barmaqlıqlar arasında qala bilərlər. Ən yaxşısı, vəzifədən getsinlər və özlərini bədbəxt etməsinlər. Cənab Prezident bu qədər aydın mesajı məmurlara ünvanlayıb”.

Millət vəkilinin sözlərinə görə, rüşvətxorluq və korrupsiya ilə mübarizə yeni müstəviyə keçəcək. Ən əsası da yeni təyin olunan məmurlar bütün bunlardan nəticə çıxartmalıdırlar.

Son xəbərlər

Indir 2025 05 13t134323.988

Putin İstanbula getmədi

13 May 2025
Images (87)

Gürcüstan Parlament “MEGOBARI Aktı”na cavab bəyanatı hazırlayıb

13 May 2025
Images (86)

MÜTDA: “Son zəng”lə bağlı məktəblərə bildirişdər göndərilib

13 May 2025
Indir 2025 05 13t131813.193

4-6-cı sinif şagirdləri üçün monitorinq imtahanı olacaq

13 May 2025
Indir 2025 05 13t131319.699

İyunda müəllimlərin növbəti sertifikasiya imtahanı keçiriləcək

13 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.