Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Vəkil: “İlkin Süleymanovun günahsız olduğunu sübuta yetirə bildik, lakin məhkəmə…”

4 həftə ago
A A
ilkin
“2 ilə yaxın idi ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu istintaq işi davam edirdi. İlkin Süleymanova qarşı heç bir sübut-dəlil olmadığına görə biz hesab edirdik ki, yekunda onunla bağlı bəraət hökmü çıxarılmalıdır. Bun ümidli idik”.
“Qərb Xəbər” bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında İlkin Süleymanovun vəkili Əlibaba Rzayev prokurorun Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəməsindən danışarkən deyib.
Vəkil deyib ki, prokurorun çıxışı onların bütün gözləntilərini gölgədə qoyub:
“Son 4 ayda biz məhkəmənin gedişiatından narazı idik və bunu zaman-zaman mətbuatda deyirdik. İş materiallarında müəyyən sənədlər var idi ki, onlar elan olunmalı, iş üzrə əlavə şahidlərin məhkəməyə gətirilməsi təmin edilməli idi. Bunların heç bir təmin olunmadı. Məhkəmə iş üzrə həqiqətin müəyyən edilməsini təmin olunacaq vəsatətlərin bir çoxları təmin olunmadı, təmin olunanların da əksəriyyəti icra edilmədi. Məhkəmə qərar vermişdi ki, bəzi məsələlər araşdıracaq. Sonradan məhkəmə həmin məsələni dandı ki, bunu müzakirə etməmişik, belə bir qərar verməmişik və s. Halbuki açıq məhkəmə prosesləri keçirilir, orada kifayət qədər jurnalistlər iştirak edir. Məhkəmə hətta öz qərarını icra etməkdən imtina etməyə başladı. Bizdə belə bir fikir formalaşmağa başladı ki, məhkəmə bu iş üzrə ədalətli hökm çıxartmaq niyyətində deyil. Əgər, məhkəmə bu işə ədalətli qərar vermək fikirindədirsə, bizim qaldırdığmız məsələlər araşdırılmalı idi”.
Əlibaba Rzayev prokurorun İlkin Süleymanova 20 il iş istəməsinin gözlənilən olduğunu vurğulayıb:
“Prokurorun əlində İlkin Süleymanova qarşı istifadə edə biləcək bir sübut qalmadı. Əslində, biz guman elədik ki, prokurorluq belə vəziyyətdə ittihamdan imtina etməli idi. Amma prokuror nəinki imtina etdi, əksinə 20 il müddətinə azadlıqdan məhrum etməsini məhkəmədən istədi”.
Vəkilin bildirib ki, İlkin Süleymanova 20 il iş istənilməsindən sonra onunla münasibət qura, reaksiyasını öyrənə bilməyib:
“Yəqin ki, narazı qalıb. Məhkəmə yekunlaşan kimi onu zaldan aparıblar”.
Qeyd edək ki, prokuror Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun 20 il  müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Son xəbərlər

ilhammm

Prezident Moldova səfərindən sonra Türkiyəyə gedəcək

30 May 2023
turan tovuz

“Turan Tovuz” 4 futbolçu ilə yollarını ayırıb

30 May 2023
xankendi166012

Xankəndidə separatçıların çevrilişi gözlənilir – Hraparak

30 May 2023
Zengezur98-900x506

Zəngəzur dəhlizi üçün danışıqlar başlayır – Qriqoryan

30 May 2023
1685442713_445552118_0_0_801_451_1920x0_80_0_0_03808ecd3c7d2bb598e2db855513aa46

Əliyevlə Paşinyanın görüşünü səbirsizliklə gözləyirik – Şarl Mişel

30 May 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.