Images (81)
PKK özünü ləğv etdi
John bolton 900x600
Rusiya Trampla şanşlarını həddən artıq sınayır-Con Bolton
Tramp
Prezident Tramp Yaxın Şərq turuna çıxır
Erdogan putin 1
Ərdoğan Putinə Türkiyənin Rusiya və Ukrayna arasında sülh danışıqlarına vasitəçilik etməyə hazır olduğunu bildirib
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Urmiyada nələr baş verir

2 ay ago
A A
Urmiya

İran prezidenti Məsud Pezeşkian Urmiya gölünə səfər edib və gölün qurumasına qarşı “tədbirlər” görüldüyünü açıqlayıb. Urmiyada Tehranın idarəçiliyi ilə baş tutan “kürd separatizmi” ərəfəsində Pezeşkianın səfəri azərbaycanlılara “müsbət mesaj” kimi görünür.

Bunun fonunda İranın hüquq-mühafizə orqanları Urmiyada baş verənləri – azərbaycanlıların həbsini “İslam inqilabına qarşı sui-qəsdin qarşısı alındı” kimi təqdim edirlər. İran mediası isə baş verənləri “pantürk fitnəsi” adlandırır, hətta hadisələrin arxasında Türkiyənin olmasına dair iddialar da gözə dəyir. Və maraqlıdır ki, kürdlər də tam müdafiə olunmur, onlar arasında bəzi “etnik qarşıdurmada yaratmaq” istəyənlərin olduğu irəli sürülür.

Bütün bunlar – azərbaycanlılarla kürdlərin qarşıdurması ssenarisi İranın bütün qrupları mərkəzi hakimiyyətdən asılı vəziyyətə salmaq məqsədi daşıyır. Tehran rejimi üçün ən qorxulu ssenari etnik qrupların, xüsusilə sayları çox olanların – azərbaycanlılar, kürdlər, bəluclar və ərəblərin birləşməsidir. Bu qruplar milli kimlik üzərində ziddiyyətli mövqedə olsalar da, rejimə qarşı birləşmək perspektivi hər zaman aktualdır. 2022-ci ildə başlanan hicab aksiyasında kürdlər və bəlucların birgə aksiyaları da bunun real nümunəsi idi, hərçənd, azərbaycanlıların proseslərə müdaxilə etməməsi rejim üçün “xilas yolu” oldu. Lakin İran ətrafında daralan halqa, xüsusilə Tramp administrasiyasının gözlənilən addımları rejimi daxildə “parçala, hökm et” siyasətini aktivləşdirməyə məcbur edib.

Urmiyada “kürd separatizmi” planına da bu kontekstdə baxmaq olar.

– Kürdüstan bölgəsində əzilən kürdlərə Güney Azərbaycanda imkanlar yaratmaqla “kompensasiya” edirlər;

– Kürd faktoru ilə bölgədə uzunmüddətli demoqrafik planlar həyata keçirilir: bu, həm də Türkiyəyə qarşı sərhəddə “demoqrafik tampon”un yaradılmasına hesablanıb;

– Etnik qrupların rejimə qarşı birləşmə perspektivinin önü kəsilir, həm də mərkəzi hakimiyyətdən asılılıq gücləndirilir;

Bu ssenari özündə risklər də daşıyır, hərçənd, İran rejiminin seçimi çox deyil.

Asif Nərimanlı

Son xəbərlər

Indir 2025 05 13t134323.988

Putin İstanbula getmədi

13 May 2025
Images (87)

Gürcüstan Parlament “MEGOBARI Aktı”na cavab bəyanatı hazırlayıb

13 May 2025
Images (86)

MÜTDA: “Son zəng”lə bağlı məktəblərə bildirişdər göndərilib

13 May 2025
Indir 2025 05 13t131813.193

4-6-cı sinif şagirdləri üçün monitorinq imtahanı olacaq

13 May 2025
Indir 2025 05 13t131319.699

İyunda müəllimlərin növbəti sertifikasiya imtahanı keçiriləcək

13 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.