Ukrayna Silahlı Qüvvələrinə məxsus 8 pilotsuz uçuş aparatı Moskvaya yaxınlaşarkən Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Qerbxeber.com xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyaninin rəsmi “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, Ukraynaya məxsus PUA-ların yerə düşdüyü ərazidə artıq xüsusi xidmətlərin əməkdaşları işləyir.