Martın 9-na keçən gecə Ukraynanın bütün bölgələrində hava xəbərdarlığı elan edilib.
“Qərb Xəbər”UNİAN-a istinadən xəbər verir ki, bir sıra rayonlarda partlayış səsləri eşidilib.
Odessa vilayətində və Xarkovda enerji obyektlərində partlayışlar olub.
Prezident Aparatının rəhbəri hava hücumu siqnallarına riayət etməyə çağırıb.
Kiyev vilayətində də hava hücumu təhlükəsi barədə xəbərdarlıq edilib.
“Hava Hücumundan Müdafiə Qüvvələri həyəcan vəziyyətindədir. Hava hücumu bitənə qədər sığınacaqlarda və ya təhlükəsiz yerlərdə qalın”, – deyə Kiyev hərbi adminstrasiyasının rəhbərliyi bildirib.