Rusiyanın ötən gün Ukraynanın Çerniqov şəhərinin top atəşinə tutması nəticəsində 53 dinc sakin həlak olub.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Çerniqov regional hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus bildirib.
“Düşmən bizim regional mərkəzimizə sistematik artilleriya və hava hücumlarını davam etdirir, mülki infrastrukturu dağıdır. Biz ağır itkilər veririk. Sadəcə dünən rusiyalı aqressorlar tərəfindən öldürülmüş 53 vətəndaşımızın meyiti şəhər morqlarına çatdırılıb”, – Vyaçeslav Çaus bildirib.
Qeyd edək ki, Çerniqov fevralın 25-dən mühasirədədir. Ötən gün yayılan xəbərlərə görə, şəhərdə çörək növbəsində dayanan insanların atəşə tutulması nəticəsində 10 nəfər həlak olub.