Finlandiya Prezidenti Aleksander Stubb Ukraynaya səfər edib.
Qerbxeber.com YLE-yə istinadən xəbər verir ki, Finlandiya Prezidenti ölkənin parlamet sədri Jussi Halla-aho ilə birgə Kiyevdə işgüzar səfərdədir.
Səfəri çərçivəsində Finlandiya Prezidenti ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb. Prezidentlər iki ölkə arasında müdafiə sazişi imzalayıblar. İkitərəfli razılaşmaya əsasən Finlandiya gələcək illər üçün Ukraynaya silah tədarük etməyi öhdəsinə götürür. Razılaşmanın əhatə dairəsinə sursat tədarükü, donanmanın təchiz edilməsi və Ukraynanın öz silah istehsalının dəstəklənməsi daxildir. Finlandiya həmçinin Ukraynaya enerji infrastrukturunun saxlanmasında və yaşıl enerjiyə keçiddə kömək edəcək.
Müqavilədə Finlandiyanın Ukraynanın NATO və Aİ üzvlüyünü dəstəklədiyinə dair siyasi qeyd də var.
Aleksander Stubb həmçinin Ukrayna silahlı qüvvələrinin yüksək səviyyəli rəsmiləri ilə görüşəcək.
Qeyd edək ki, bu, Aleksander Stubbun prezident kimi xarici ölkəyə ikinci səfəridir. O, ilk səfərini Norveçə edib.