Tatarıstanın Yelabuqa rayonundakı zavodlardan birinin ərazisinə 3 ədəd pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.
Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, ölənlər barədə məlumat olmasa da, 6 nəfərin xəsarət aldığı bildirilib.Müəssisəyə ciddi ziyan dəyib.
Belə ki, nəticədə zavod ərazisindəki iki yataqxananın qapı və pəncərələri sındırılıb.
Qeyd edək ki, yerli hakimiyyət insidentlə bağlı hələlik rəsmi məlumat yaymayıb.