Rusiya Silahlı Qüvvələri 2022-ci ilin 24 fevralından etibarən Ukrayna ərazisində başladığı genişmiqyaslı hücumlar zamanı 413 760 nəfər hərbçi itirib.
Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda deyilir.
Baş Qərargahın bu gün təqdim etdiyi məlumata əsasən, yuxarıda qeyd olunan rəqəmə Rusiya ordusunun ötən sutka ərzində həlak olan 1150 nəfər hərbçisi də daxildir.
Həmçinin əlavə olunub ki, Rusiya tərəfi 6593 tank, 12 552 zirehli döyüş maşını, 13 152 müxtəlif təyinatlı hərbi maşın və yanacaq çəni, 10 070 artilleriya sistemi, 1 000 reaktiv yaylım atəşi sistemi, 690 hava hücumundan müdafiə sistemi, 342 təyyarə, 325 helikopter və 25 hərbi gəmi itirib.