Son sutka ərzində düşmən 2 bölükdən çox itki verib. Rusiya ordusunun hərbi texnikası məhv edilib.
“Qərb Xəbər” UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə “Tavriya” əməliyyat-strateji qoşun qruplaşmasının komandiri Aleksandr Tarnavski özünün Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, ukraynalı hərbçilər Donetsk vilayətində Staromayorskoye yaşayış məntəqəsini azad edib və əldə olunan mövqelərdə möhkəmləniblər.