Ukrayna əsirliyindən azad edilən Rusiya Silahlı Qüvvələrinin hərbçilərini daşıyan təyyarə Rusiyaya enib.
Qerbxeber.com xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Məlumata görə, əsirlikdən azad edilən 75 rusiyalı hərbçinin yerinə 75 ukraynalı hərbçi Kiyevə qaytarılıb.
Mübadilə Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə baş tutub.