Ukrayna-Rusiya müharibəsi davam edir. Martın 2-də nələr yaşanıb – “Qərb Xəbər” olaraq onları təqdim edirik:
▪️ Kiyev ətrafındakı rayonlar, həmçinin Jitomir, Xarkov və digər şəhərlər rusların şiddətli hücumuna məruz qalıb.
▪️ Jitomirdə hərbi bazaya aviazərbələr endirilib. Yaşayış evləri və xəstəxana da bombalanıb.
▪️ Nikolayev istiqamətindən gələn rus konvoyu darmadağın edilib.
▪️ Xarkov ətrafında 6 rus tankı qənimət olaraq götürülüb.
▪️Sumi vilayətinin rəhbəri təcili olaraq silah-sursata ehtiyacları olduğunu bildirib.
▪️ Onun müraciəti yerinə yetirilib. Dünən 200-ə yaxın rus hərbi texnikası Bayraktar zərbələri ilə məhv edilib.
▪️ Xerson şəhərinin çay limanı və dəmiryolu vağzalı tam rusların nəzarətindədir. Bunu şəhər meri açıqlayıb.
▪️ Ukrayna ordusunun 2014-cü ildən rusların nəzarətində olan Donetskin Qorlovka şəhərinə daxil olduğu deyilir.
▪️ 159 Nobel mükafatı laureatı Ukraynaya dəstəyini ifadə edib.
▪️Apple öz məhsullarının Rusiyada online satışına qadağa qoyub.
▪️ Müharibənin 7-ci günüdür. Kiyev bu gecə də dirəndi.