Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra Rusiyanın Voronej vilayətində fövqəladə vəziyyət elan edilib.
“Qərb Xəbər” məlumat verir ki, bunu vilayətin mərkəzi Voronej şəhərinin meri Vadim Kstenin teleqramda yazıb.
O bildirib ki, dəymiş ziyanın hesablanması üçün komissiya yaradılıb.
Hava hücumuna məruz qalan evlərin sakinləri təxliyə edilib.
Vilayətin qubernatoru Aleksandr Qusev bildirib ki, Ukraynanın PUA zərbələri nəticəsində 35 mənzilə ziyan dəyib.