Türkmənistanda növbədənkənar prezident seçkiləri başlayıb.
Qərb Xəbər bildirir ki, namizədlər cümə günü kampaniyalarını sonlandırıb. Martın 12-i seçki məntəqələri açılıb. Ölkə daxilində 2577, xaricdə isə 41 seçki məntəqəsi fəaliyyət göstərir. Ölkədə 3 453 063 səsvermə hüququ olan şəxs var.
Prezident kürsüsü uğrunda 11 namizəd mübarizə aparır.