Türkiyənin ilk astronavtı Beynəlxalq Kosmik Stansiyasından (BKS) Yerə qayıdıb.
“Qərb Xəbər”in məlumatına görə, Alper Gezeravcının da olduğu “Dragon” kapsulu artıq okeana eniş edib.
Xatırladaq ki, 19 yanvar Türkiyə vaxtı ilə 00:49-da Alper Gezeravcının da olduğu “Dragon” kapsulu “SpaceX”ə aid “Falcon 9” daşıyıcı raketi vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən BKS-ə göndərilib. Ax-3 komandası BKS-də 14 gün vaxt keçirib.