Türkiyənin zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşlarını təxliyə edən növbəti avtobus Bakı beynəlxalq avtovağzalına çatıb.
“Qərb Xəbər” xəbər verir ki, 20 nəfərin olduğu avtobus iki gün yol gəlib.
Bu dəfə təxliyə olunanlar əsasən Elbistan və Kahramanmaraş bölgəsində yaşayanlarıdır. Onların arasında həm Azərbaycan, həm də Türkiyə vətəndaşları var.
Qeyd edək ki, fevralın 10-da Bakıya çatan təxliyə avtobusu sayca səkkizincidir.