Türkiyədə zəlzələdə ölənlərin sayı 31 974 nəfərə çatıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Əlavə edək ki, Türkiyədəki zəlzələ nəticəsində dağılan binalarla əlaqədar daha bir binanın layihə rəhbəri saxlanılıb.
“Qərb Xəbər” “Habertürk”ə istinadən xəbər verir ki, Şanlıurfanın Haliliye rayonunda yerləşən “Özabacılar” binasının layihə rəhbəri İstanbulda saxlanılıb.