Türkiyənin Zonquldak vilayətinin Ereğli rayonunda yerləşən mədəndə çökmə baş verib.
“Qərb Xəbər” bu barədə Turkiyə KİV-ə istinadən məlumat yayıb.
Əraziyə AFAD, təcili tibbi yardım, polis və xilasetmə qrupları göndərilib. Hadisə ilə bağlı “TRT Haber”ə açıqlama verən Zonquldak valisi Osman Hacıbektaşoğlu bildirib ki, mədəndə 280 nəfər var, 4 nəfər xəsarət alıb:
“Xəsarət almayan bir nəfər xilas edilib, bir nəfər ağır yaralanıb. 2 nəfərin səsi eşidilir. 75 nəfərlik qrup ilə xilasetmə işi başlayıb”.