Türkiyədə illik inflyasiya fevral ayında yenidən artıb.
Qerbxeber.com Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin fevral ayında illik inflyasiya 67.07% təşkil edib. Yanvar ayında bu rəqəm 64.86% idi. Fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 4.53%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 11.54% artıb.
Qeyd edək ki, əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 43.44% ilə geyim və ayaqqabı qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 94.78% ilə restoran və otel qiymətləri olub.