Fransanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
“Qərb Xəbər” bildirir ki, PKK/YPG üzvlərinin Senatda ev sahibliyi etməsinin və onların medallarla mükafatlandırılmasının şiddətlə pisləndiyi vurğulanıb.
Qeyd edək ki, Fransa Senatında terrorçular alqışlarla qarşılanıb. Çıxışlarda terror təşkilatının hərəkətləri təqdir edilib, DEAŞ-la mübarizədə PKK/YPG-yə dəstəyin davam edəcəyi mesajı verilib. Daha da irəli gedərək, Fransa Senatı terror təşkilatı PKK/YPG üzvlərini qondarma şərəf medalı ilə təltif edib. Qalmaqallı qəbulda bir çox fransız senator və siyasətçi də iştirak edib.
Bakıvaxtı.az