Bu gün qardaş Türkiyə xalqı yeli idarə edicilərini-bələdiyyələri seçir. Türkiyə vaxtı ilə saat 17.00-da seçki məntəqələri bağlanıb və səslər sayılmağa başlayıb.
Bu gün axşam saat 20.00 -da bəzi məntəqələr üzrə ilkin nəticələr açıqlanıb.
Seçki qutularının 22,52 faizi açılıb.
Ölkə üzrə ilkin nəticələrə görə Cumhuriyət Xalq partiyası 39,24 faiz səslə irəlidədir.
“AK Parti” isə 38,16 faiz səslə ikincidir.
Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 57,07 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 49,74 faizlə ilk sıradadır.
Səsvermə prosesi zamanı seçicilərin aktivliyi 74,88% səviyyədə olub.