Türkiyənin Ərzurum bölgəsində zəlzələ baş verib.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 20:57-də qeydə alınıb.
Zəlzələnin gücü 4,6 balla qiymətləndirilib.