Son Xəbərlər
<span class="qxh-important"><span class="qxh-updating">YENİLƏNİR</span> Dünyanın ən dəyərli komandalarının siyahısı açıqlanıb</span> Lavrov Rubio ilə ABŞ və Rusiya arasındakı razılaşmaların həyata keçirilməsini müzakirə edib “Atletik” – “Qarabağ” oyununu idarə edəcək hakim müəyyənləşib Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir Zelenski: Rusiyanın müharibədən qalib çıxmasına imkan verməyəcəyik Ərdoğan ŞKTR-nın yeni seçilmiş Prezidentini təbrik edib Ermənilər II Qaraginin müdafiəsinə qalxdılar Tramp: Rusiya-Ukrayna müharibəsi Kiyevin ərazi itkisi ilə başa çatacaq Mirzoyandan Türkiyə ilə bağlı açıqlama Rumıniya XİN-dən Azərbaycanla bağlı açıqlama <span class="qxh-important"><span class="qxh-updating">YENİLƏNİR</span> Dünyanın ən dəyərli komandalarının siyahısı açıqlanıb</span> Lavrov Rubio ilə ABŞ və Rusiya arasındakı razılaşmaların həyata keçirilməsini müzakirə edib “Atletik” – “Qarabağ” oyununu idarə edəcək hakim müəyyənləşib Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir Zelenski: Rusiyanın müharibədən qalib çıxmasına imkan verməyəcəyik Ərdoğan ŞKTR-nın yeni seçilmiş Prezidentini təbrik edib Ermənilər II Qaraginin müdafiəsinə qalxdılar Tramp: Rusiya-Ukrayna müharibəsi Kiyevin ərazi itkisi ilə başa çatacaq Mirzoyandan Türkiyə ilə bağlı açıqlama Rumıniya XİN-dən Azərbaycanla bağlı açıqlama
Mədəniyyət

Türkiyə üçtərəfli razılaşmanın hüquqi tərəfidir

21 iyul / 11:18 2 dəq
152501913 3675962729147009 2306798798706401882 n
21 iyul / 11:18
Burada sizin reklamınız ola bilər
Zaxarova Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağdan çıxmasına dair açıqlamasına “Ankara üçtərəfli bəyanatın tərəfi deyil” münasibətini bildirib: Moskva bununla “Türkiyə qarışmamalıdır” mesajını verir.
Əslində Türkiyə təkcə siyasi yox, həm də hüquqi baxımdan tərəfdir.
Birincisi, Zaxarovanın istinad etdiyi 10 noyabr razılaşmasının 8-ci bəndində qeyd olunur: “Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”.
Bu razılaşmaya əsasən Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb, türk əsgəri də bu razılaşmaya uyğun olaraq bölgəyə daxil olub. Monitorinq Mərkəzinin praktiki baxımdan nə qədər effektiv olub-olmaması başqa məsələdir, amma üçtərəfli razılaşmaya əsasən Ağdama əsgər göndərən Türkiyə bu razılaşmanın hüquqi tərəfidir.
İkincisi, Qarabağ Azərbaycan ərazisidir və Azərbaycanla Türkiyə arasında 44 günlük müharibədən əvvəl imzalanan müqavilələr də, müharibədən sonra imzalanan Şuşa Bəyannaməsi də bizim ərazimizlə bağlı məsələlərdə Ankaranı hüquqi tərəfə çevirir.
Türkiyənin rus sülhməramlılarının zamanı çatanda Qarabağdan çıxmasını istəməsinin hüquqi əsasları var. Moskvanı narahat edən qaçılmaz perspektivdir. Azərbaycan üçtərəfli razılaşmanın 4-cü bəndində qeyd olunduğu kimi, sülhməramlı missiyasının bitmə müddətinə 6 ay qalmış buna xitam verilməsi üçün müraciət edəcək, hazırki proseslər də buna doğru inkişaf edir. Ankaranın belə mövqe sərgiləməsi isə Bakının mövqeyini gücləndirir, bu perspektivin qarşısını almaq istəyən Moskvanın imkanlarını zəiflədir.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı