Türkiyə-Naxçıvan sərhədi açılıb.
“Qərb Xəbər”in əldə etdiyi xəbərə görə, bu gündən etibarən “Dilucu” buraxılış məntəqəsi açılıb.
Türkiyənin Naxçıvandakı Baş Konsulluğu faktı təsdiqləyib.
Konsulluğun nümayəndəsi Dursun Gül bildirib ki, Naxçıvan qeydiyyatında olan şəxslər ayda 2 dəfə olmaqla öz avtomobilləri ilə gömrüyü keçə bilərlər.
Qeyd edək ki, 1 iyul 2022-ci il tarixindən Dövlət Sərhəd Xidməti (DSX) Nazirlər Kabinetinin 2022-ci il iyunun 20-dəki 232 saylı qərarına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında quru sərhədini bağlamışdı.