Türkiyənin Mərkəzi Seçki Komissiyası (Yüksək Seçim Qurumu) mayın 14-də keçiriləcək prezident seçkilərində iştirak üçün 11 namizədin müraciətini qəbul edib.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.
Seçkilərdə iştirak üçün siyasətçilər daha əvvəl müraciət etmişdilər. Komissiya onları yoxlayıb və qərara gəlib ki, həmin şəxslərin mayın 14-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün qanuni əsasları var. Martın 27-dək namizədlərin hər biri namizədliklərini irəli sürmək üçün 100 min seçici imzası olan protokolları MSK-ya təqdim etməlidir.
Komissiyanın təsdiqlədiyi namizədlər Davut Turan, Doğu Perinçek, Erkan Trükten, Halil Murat Ünver, Hilmi Özden, İrfan Uzun, Muhammed Ali Fatih Erbakan, Muharrem İnce, Sinan Oğan, Tevfik Ahmet Özal və Yakup Türkaldır.
Qeyd edək ki, martın 21-də Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də keçiriləcək seçkilərdə namizəd kimi qeydə alınması üçün MSK-ya rəsmi ərizə təqdim edib.