“Türkiyədə baş verən zəlzələdən sonra Ermənistan da Türkiyəyə humanitar yardımlar göndərdi”.
“Qərb Xəbər” bildirir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Aqil Məmmədov səsləndirib.
“Ermənistan rəsmilərinin açıqlamalarından belə görünür ki, onların yardımı humanitar yox, daha çox siyasi məqsədlər daşıyır. Və bir yük maşını yardıma görə 35 illik sərhəd qapılarının açılması Ermənistanı şirnikləşdirir.
Lakin sərhədlərin bağlı qalması səbəbi aktuallığını saxlayır. Çünki 10 noyabr bəyanatı hələ də tam icra edilməyib. Ona görə də, ermənİlər düşünməməlidir ki, sərhəd qapıları açıq qalacaq. Türkiyə Azərbaycanın maraqlarına zidd hər hansı addım atmaz”, – deyə deputat əlavə edib.