250513 marco rubio ac 956p 007aa1
Biz elə tədbirlər görəcəyik ki, həmin hökumət bunun bədəlini ödəsin
Indir 2025 05 19t115145.710
Qabiliyyət imtahanlarına qeydiyyat başladı
Fexri ugurlu 2 1024x606
Çaldıran döyüşü mistik islamla ortodoksal islamın, ürfanla şəriətin savaşıdır -Fəxri Uğurlu
İradə bağça
Bağçada başlayan dəyişiklik,cəmiyyəti dəyişir-İradə Mustafayeva
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi yaradılıb

10 ay ago
A A
66acab6a85fd466acab6a85fd5172259210666acab6a85fd066acab6a85fd2

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi yaradılıb.

Qerbxeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Turizm Agentliyinin tabeliyində “Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb.

Müəyyən edilib ki:

– Mərkəz Azərbaycan Respublikasında turizm və rekreasiya zonalarının fəaliyyətinin təşkilini, onların idarə olunmasını və inkişaf etdirilməsini həyata keçirən publik hüquqi şəxsdir;

– Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

– Mərkəzin fəaliyyətinə cari rəhbərliyi icraçı direktor həyata keçirir;

– Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi onun fəaliyyətindən əldə edilən gəlir, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.

Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

– Mərkəzin idarəetmə orqanlarının yaradılması;

– Mərkəzin yenidən təşkili və ləğvi;

Nazirlər Kabinetinə:

– Mərkəzin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

Agentliyə:

Yuxarıda qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Nazirlər Kabineti Mərkəzin nizamnaməsini iki ay müddətində təsdiq etməli, Mərkəzin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı üç ay müddətində zəruri tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Agentlik Mərkəzin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, Mərkəz dövlət qeydiyyatına alındıqdan sonra onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Son xəbərlər

250513 marco rubio ac 956p 007aa1

Biz elə tədbirlər görəcəyik ki, həmin hökumət bunun bədəlini ödəsin

21 May 2025
Andriy yermak

Rusiya oğurladığı uşaqlarıgeri qaytarmasa sülh olmayacaq

21 May 2025
Məhkəme 1111

Məhkəmə Hacı Vəliyevlə bağlı qərar verib

21 May 2025
Imtahan

III qrupa aid altqrupları seçənlər üçün coğrafiya üzrə əlavə imtahan keçiriləcək

21 May 2025
Indir 2025 05 21t160337.618

Gəncədə avtomobillə motosiklet toqquşub

21 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.