Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura start veriləcək. “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutacaq.
Əvvəlcə “Turan Tovuz” doğma meydanda “Zirə”ni sınağa çəkəcək.
Günün son oyununda isə “Qəbələ” səfərdə autsayder “Səbail”lə üz-üzə gələcək.
Bu turun “Şamaxı” – “Sabah” və “Sumqayıt” – “Kəpəz” oyunları şənbə, “Qarabağ”– “Neftçi” matçı isə bazar gününə təsadüf edəcək.
Azərbaycan Premyer Liqası
24-cü tur
24 fevral
14:00. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Namiq Bəkirov.
Tovuz şəhər stadionu.
19:00. “Səbail” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Tural Qurbanov
Bakı. “ASCO Arena”.