Kanada Ukraynaya əlavə hərbi yardımı nəzərdən keçirir.
Qerbxeber.com xəbər verir ki, Kanadanın Baş naziri Castin Trüdo bu barədə sentyabrın 25-də Nyu-Yorkda Ukraynaya dəstək bəyannaməsi imzalanmasının mərasiminin iştirakçıları qarşısında çıxışı zamanı bildirib.
“Biz PUA-lar, artilleriya, zirehli texnika kimi daha çox kritik və təcili ehtiyac duyulan yardım sahələrini nəzərdəm keçiririk”, – Trüdo qeyd edib.
Baş nazir əlavə edib ki, Kanada iyul ayında Ukraynaya hərbi yardım üçün 500 milyon Kanada dolları ayıracağına söz vermişdi.