ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynada 30 günlük atəşkəslə razılaşacağına əmin olduğunu bildirib.
Qerbxeber.com xəbər verir ki, o, Ağ Evin müxbirlərinin məsələ ilə bağlı suallarını cavablandırarkən “Onlar bunu edəcəklər” deyib.
Qeyd edək ki, martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar olub.
Bu danışıqlardan sonra Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu açıqlayıb.