Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Tovuzlu gənc rubik kubunu yığan robot düzəldib

2 ay ago
A A
16754148967051944_1200x630

Ölkəmizdə istedadlı və bacarıqlı gənclər, yeniyetmələr çoxdur. Tovuzun Bozalqanlı kənd orta məktəbinin 9-cu sinif şagirdi Mirhəşim Məmmədli də belə yeniyetmələrdən biridir. O, həm rubik kubunu əl ilə tez yığmağı bacarır, həm də onu yığan robot düzəldib.

“Qərb Xəbər” “AZƏRTAC”a istinadən xəbər verir ki, Mirhəşim istedadlı olması ilə yanaşı, bacarığı ilə də seçilir. O, hələ uşaq yaşlarından texnika və müasir texnoloji avadanlıqlara böyük maraq göstərib. İndi məktəbli yoldaşları ilə məktəbdə yeni yaradılan STEAM mərkəzinin imkanlarından istifadə etməyə çalışır.

Mirhəşim rubik kublarını 2 dəqiqə ərzində yığmağı bacarır. Lakin o, bununla kifayətlənməyərək yenilik etmək qərarına gəlib. Belə ki, mərkəzin texniki imkanlarından istifadə edərək rubik kubu yığan robot düzəldib. Bu robot rubiki cəmi bir neçə dəqiqə ərzində yığır.

“Əvvəlcə kubu əl ilə yığmağa başladım. Sonradan robot düzəltmək istədim. STEAM mərkəzinə gəldim. Burada “lego spayk” dəstini düzəltdim. Çox əziyyət çəksəm də, sonda istədiyim nəticəni ala bildim. Robot rubiki təxminən 3 dəqiqə ərzində yığır, lakin təkmilləşdirmə aparsam, bu vaxtı daha da qısalda bilərəm”, – deyə Mirhəşim Məmmədli bildirib.

O, rubik kubunu yığan robot qurğunu internetdə görüb, lakin özü onu sıfırdan yığmaq qərarına gəlib.

Bacarığı ilə seçilən Mirhəşim dərslərini də yaxşı oxuyur. Dərsdən əlavə vaxtlarında musiqi, üzgüçülük və basketbolla maraqlanır. Deyir ki, Səlcuk Bayraqdar kimi o da ölkəmizə faydalı texnoloji yeniliklər gətirmək istəyir.

Yeniyetmələr üçün artıq bölgədə müasir texnoloji imkanların əlçatan olması onların bacarıqlarının üzə çıxmasına böyük təkan verir. Belə ki, STEAM mərkəzinin imkanlarından rayonun orta və peşə məktəblərinin, həmçinin qonşu rayonların məktəbliləri də istifadə edə bilər.

“Sentyabr ayından etibarən işə başladıq. Bozalqanlı kəndinin orta məktəbinin şagirdləri də burada dərslərdə iştirak edirlər. Dərslərdən əlavə olaraq həm bu məktəbin, həm digər məktəblərin, həmçinin başqa rayonların şagirdləri gəlib yarışlara qatıla bilərlər. Bizdə yerli və beynəlxalq STEAM festivalları təşkil olunur. Şagirdlər burada layihələrini icra edə bilərlər. Daha sonra onlar arasında seçim aparılır”, – deyə Tovuz STEAM mərkəzinin koordinatoru Günel Hacıyeva bildirib.

Dekabrda “Beynəlxalq STEAM Azərbaycan” festivalına Tovuzdan da çoxsayda şagird qatılıb, medallarla qazananlar olub. Bu da onu deməyə əsas verir ki, artıq rayonda bu sahəyə Mirhəşim kimi bir çox şagird maraq göstərir və həmin gənclər gələcəkdə yeni-yeni layihələrə imza atacaqlar.

Son xəbərlər

mq2

Qazaxda qədim nağara musiqi alətini hazırlayan və yaşadan ailə

25 Mart 2023
iran ordu

“Tehran Ermənistana ordusunu yerləşdirmək fikrindədir” – Ekspert

25 Mart 2023
sərhəd

Qazaxda sərhədi pozanlar saxlanılıb

25 Mart 2023
FotoJet (16) (2)

Şəmkir sakini: “Evin bütün mebelləri, divarları silkələndi” – Video

25 Mart 2023
f224f425-d5d1-3d12-9693-e5d9ac809fed_850

“Qarabağ” – “Qalatasaray” matçı ilə bağlı Bakı metropoliteni iş rejimində dəyişikliklər edəcək

25 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.