Tovuzdan ARB televiziyasına gedərək itkin düşən qadın tapılıb.
“Qərb Xəbər”in xəbərinə görə bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.
O bildirib ki, polis əmədaşlarının keçirdikləri müvafiq axtarış tədbirləri nəticəsində Tovuz rayonunun Hunanlar kənd sakini Firuzə Yusifovanın yeri Bakı şəhərində müəyyən edilib: “O, gün ərzində ailəsinə təhvil veriləcək”.