Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qərb Xəbər” xəbər verir ki, hadisə Tovuz rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Prospektdə hərəkətdə olan iki “Mercedes” markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanların içərisində az yaşlılar da var.
Faktla bağlı araşdırma aparılır.