Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Tovuzda yanğın təhlükəli maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

2 ay ago
A A
7fb8067d-4f09-34dd-91f0-30c5f880fb13_850

Tovuzda yanğın təhlükəli maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirlindən (FHN) məlumat verilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən maye qazdoldurma məntəqəsi və qaz cihazlarının təmiri sexində keçirdiyi yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edib.

Belə ki:

– obyekt yanğın avtomatika qurğuları ilə təmin edilməyib;

– elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

– ildırımın təsirindən və statik elektrikləşmənin boşalmasından mühafizə olunmaq üçün bütün metal aparatların yerlə birləşdirilməsi təmin olunmayıb;

– sıxılmış maye qaz balonlarının saxlanılması “Təzyiq altında işləyən tutumların (qabların) quruluşu və təhlükəsiz istismarı qaydaları”nın tələblərinə cavab vermir;

– partlayış təhlükəli stansiya otaqlarında, sıxılmış qaz və yanar qaz balonları saxlanılan otaqda hava-qaz qatılığının partlayış həddini bildirən siqnalizasiya cihazı quraşdırılmayıb;

– yüksək yanğın təhlükəsinə malik olan avadanlığın yanında təhlükəsizlik lövhəcikləri yerləşdirilməyib;

– obyektin istismar edilməsi Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

– obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən maye qazdoldurma məntəqəsi və qaz cihazlarının təmiri sexində işlərin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin sahibi Abdıyev Şahmurad Abbas oğluna təqdim edilib.

Son xəbərlər

63dea3bae48c863dea3bae48c9167553529063dea3bae48c663dea3bae48c7

ABŞ kosmik müharibəyə hazırlaşır

05 Fevral 2023
16754148967051944_1200x630

Tovuzlu gənc rubik kubunu yığan robot düzəldib

05 Fevral 2023
FotoJet (9)

DİN: Tovuz sakinin Kürdə batması ilə bağlı araşdırma aparılır

05 Fevral 2023
bıçaqqqqqqqqqq

Şəmkirdəki dəhşətli qətlin təfərrüatları

04 Fevral 2023
indir - 2023-02-04T140245.799

Qobustan qoruğu haqqında məlumat

04 Fevral 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.