Tovuzda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
“Qərb Xəbər”in məlumatına görə, ölən qadın rayonun Aşağı Quşçu kənd sakini 1966-cı il təvəllüdlü Tağıyeva Rəna Fərman qızıdır.
Xəsarət alanlar Aşağı Quşçu kənd sakini, 1963-cü il təvəllüdü Tağıyev Fərman Həsən oğlu, 2016-ci il təvəllüdlü Tağıyev Fərid Rahib oğlu və Qovlar şəhər sakini, 1995-ci il təvəllüdlü Əliyev Rəmzi Xanoğlan oğludur. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, qəzaya düşən Tağıyevlər bir ailənin üzvüləridir.
Daxili İşlər Nazirliyi Tovuzda baş verən qəza ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qərb Xəbər”ə bildirib ki, hadisə yerinə Tovuz RPŞ Dovlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub. Müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.