Tovuz rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Report-un məlumatına görə, hadisə rayonun Abulbəyli yaşayış massivində qeydə alınıb.
Belə ki, rayonun Bozalqanlı kənd sakini, 1992-ci il təvəllüdlü Mehdiyev Elnur Valeh oğlu Abulbəyli kənd sakini, 1984-cü il təvəllüdlü Sultanov Aftandil Mahir oğlunun həyətindəki mağazaya oğurluğa girib.
A.Sultanov mağazadakı kamera vasitəsilə onu görüb və evdən bıçaq götürərək mağazaya gəlib. O, mağazanın giriş qapısında E.Mehdiyevlə rastlaşıb və nəticədə əlbəyaxa dava düşüb. Dava zamanı A.Sultanov əlinədi bıçaqla E.Mehdiyevin ürəyindən bir-neçə bıçaq zərbəsi vurub. E.Mehdiyev A.Sultanovun əlindən qaçaraq rayonun Ə.Cavad küçəsi istiqamətində qaçıb.
Səhər saatlarında E.Mehtiyevin meyiti Ə.Cavad küçəsindəki kanaldan tapılıb.
A.Sultanov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.