Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndi yaxınlığında qeydə alınıb. “VAZ 21011” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
R.Carçılı