Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Tovuzda keçmiş məhkəmə sədrini güllələyən biznesmenin cəzası artırılıb

2 həftə ago
A A
627b7160b9e36627b7160b9e371652257120627b7160b9e34627b7160b9e35

Tovuzda keçmiş məhkəmə sədri Firudin Ələkbərovu qətlə yetirən iş adamı Əli Şəmiyevin cəzası ağırlaşdırılıb.

“Qərb Xəbər” APA-ya istinadən bildirir ki, bununla bağlı Gəncə Apellyasiya Məhkəməsi qərar çıxarıb.

Əli Şəmiyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilib. Daha sonra apellyasiya məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Hökmdən narazı qalan dövlət ittihamçısı kassasiya şikayət verib.

Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən iclasda prokuror bildirib ki, məhkumun əməlində ağırlaşdırcı hallar olduğuna görə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsinin tətbiqi mümkün deyil. Qeyd olunub ki, buna baxmayaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsi Əli Şamiyevin 10 il 6 ay azadlıqdan məhrum edilməsi ilə bağlı hökm elan edib. Gəncə Apellyasiya Məhkəməsi isə hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Ali Məhkəmə dövlət ittihamçısının şikayətinin əsaslı olduğu qənaətinə gələrək Əli Şəmiyev barəsindəki qərarın tamamilə ləğv olunduğunu elan edib.

Cinayət işi yenidən araşdırılması üçün Apellyasiya Məhkəmsinə qaytarılıb.

Gəncə Apellyasiya Məhkəmsində hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən iclasda Əli Şəmiyevin cəzası 1 il artırılıb. Yekun qərarla məhkum Əli Şəmiyev 11 il 6 ay azadlıqdan məhrum olunub.

 

Xatırladaq ki, hadisə 2019-cu ildə Tovuz rayonunun Yanıqlı kəndində baş verib. Tovuz şəhərində müstəqil hüquq müdafiə fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərov kənd ərazisindəki «Su səsi» istirahət kompleksinin faktiki sahibi olan Əli Şəmiyevi şantaj edib. Mərhum şəxs Əli Şəmiyevin qanunsuzluqlara yol verməsi barədə ayrı-ayrı dövlət orqanlarına etdiyi çoxsaylı əsassız şikayətlərini dayandırmaq müqabilində ondan 10.000 manat məbləğində pul tələb edib.

Aralarında yaranmış mübahisə nəticəsində məhkum mərhumun hüquq məsləhətxanasına gələrək qanunsuz olaraq üzərində gəzdirdiyi “Makarov” konstruksiyalı tapança ilə onu qətlə yetirib.

Firudin Ələkbərov Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sədri olub. O, 1995-ci ildə fəaliyyətində yol verdiyi kobud qanun pozuntusuna vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.

Son xəbərlər

mudafie

“Müharibə veteranı” adının verilməsi üçün beş min nəfərin sənədinə təkrar baxılır

26 May 2022
16004396802672649733

“Azəriqaz” Gəncədə binada baş verən partlayışa münasibət bildirib

26 May 2022
628f2372d84c9628f2372d84ca1653547890628f2372d84c7628f2372d84c8

Tovuzda sahibsiz itlər mal-qaraya hücum edib

26 May 2022
628f1dd306ff0628f1dd306ff11653546451628f1dd306fec628f1dd306fee

Qərb bölgəsində yeni kəhriz quyularının bərpası

26 May 2022
66fd8649-db8c-323c-b0e8-267140842f0d_850

Gəncədə yaşayış binasında yanğın olub

26 May 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.