“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə 13-18 may 2022-ci il tarixlərində Tovuzda keçiriləcək “Gənclərin Liderlik Akademiyası-2” layihəsinə start verilib.
“Qərb Xəbər”in məlumatına görə 2022-ci il üçün “Gənclər Paytaxtı” elan olunması ilə əlaqədar Tovuz rayonunda təşkil olunan layihə “Suyun Səsi” istirahət mərkəzində həyata keçirilir.
Tədbirdə 5 nəfər tovuzlu gənc ilə birlikdə, müxtəlif şəhər və rayolardan 90 nəfər gənc iştirak edir. Layihənin gedişatında gənclərin liderlik bacarıqlarının inkişafı yönündə çox saylı təlim və panel görüşlər keçiriləcək. Düşərgənin sonunda təlimlərdə iştirak edən hər bir gənc sertifikat əldə edəcək.