Tovuz rayonunda gənc qadın dəm qazından boğularaq ölüb.
“Report”un məlumatına görə, hadisə şəhərin Mammed Zeynalov küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.
Belə ki, rayon sakini, 24 yaşlı L.Qasımova hamam otağında olarkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.