Qazax Regional İnkişaf Resursları İctimai Birliyi ,Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “ Qazax, Ağstafa və Tovuz rayonlarında icmaların sosial problemlərinin həllində vətəndaş iştirakçılığının artırılmasına media və QHT-lərin birgə dəstəyi” layihəsini həyata keçirir.
Layihənin məqsədi- Yerli problemləri həll etmək üçün vətəndaş təşəbbüslərinin, habelə yerli hakimiyyət, QHT və medianın birgə fəaliyyətinin dəstəklənməsidir.
Layihə çərçivəsində bu günlərdə Tovuz rayonun üç icmasında-Bozalqanlı, Aşağı Quşçu və Düz Qırıqlı kəndlərində icma üzvləri arasında təlim keçirilib. Bu barədə “Qərb Xəbər”ə Qazax Regional İnkişaf Resursları İctimai Birliyindən məlumat verilib.
Təlimlərin əsas mövzuları, “İcmaların yerli problem ətrafında təşkilatlanması”,”İcma quruculuğu”, “Media, QHT və İcma əlaqələrinin effektiv qurulması yolları” olub.Təlimlərdə iştirak edən icma üzvləri yaşadıqları icmanın əsas problemlərini dilə gətiriblər. Bozalqanlı icmasının fəalları kənddə Tibb məntəqəsinin qəzalı və uyğunlaşdırılmış binada yerləşməsindən, uşaq bağçasının vəziyyətindən, Düz Qırıqlı icmasının fəalları içməli və suvarma suyunun çatışmamasından, kənd arası yolların qeyri qənaətbəxş olmasından söz açdılar.Aşağı Quşçu icma üzvləri təlimə daha kütləvi qatılmışdı. Əsasən qadınların çoxluq təşkil etdiyi tədbirdə,icma üzvləri 10 000 nəfər sakini olan kəndin içməli suyunun olmamasından, kəndin qədim kəhrizinin təmirə ehtiyacı olduğundan söz açıblar.İcma fəalları sosial problemləri barədə zaman-zaman mediada çıxış etmələrindən, bəzi problemlərinin bundan sonra aidiyyəti qurumlar tərəfindən həll edilməyindən danışıblar.
Sonda icma üzvləri bu cür layihələrin həyata keçirildiyinə görə, təşkilata və donora təşəkkürlərini bildiriblər.