AbŞ gürcustan səfiri
“İvanişvili öz maraqlarını gürcü xalqının maraqlarından üstün tutur” – ABŞ səfiri
Roman storovoyt
Rusiyalı nazır işdən çıxarılması haqda sərəncamın “mürəkkəni qurumamış” intihar etdi
Asif
Moskvanın Bakıya qarşı edə biləcəkləri və ya ZƏNGƏZURA nəzarəti kim edəcək-ASİF NƏRİMANLInın təhlili
1668862550 saakasvili
Saakaşvili: Cənubi Qafqazda baş verənlər Rusiyanın Ukrayna cəbhəsində zəifləməsinin birbaşa nəticəsidir
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Topxana meşəsində inşaat işləri aparılıb

6 il ago
A A
15573114053840937090 367x266

Ərazisinin 20 faizini meşələr təşkil edən 27 ildir erməni işğalı altında olan Şuşanın ümumi sahəsi 312 kvadratkilometrdir. Şuşanın ətrafındakı meşə və dərələrdə müxtəlif müalicəvi əhəmiyyətli mineral sular, dərman bitkiləri və çiçəklər geniş yayılıb. Ən iri mineral su bulaqları Turşsu və Şirlandır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytı xəbər verir ki, Şuşa rayonunda təsdiq edilmiş ehtiyatları min kubmetr olan və işğala qədər istismara cəlb edilən Şuşa üzlük daşı yatağı, ehtiyatları 397 min kubmetr olan Şuşa kərpic gili, ehtiyatları 1234 min ton olan Şuşa əhəng xammalı, istismar ehtiyatları 70 kubmetr/ gün olan Turşsu karbonat, istismar ehtiyatları 301 kubmetr/gün olan hidrokarbonatlı mineral su – Yuxarı Şirlan karbonat, istismar ehtiyatları 41 kubmetr/ gün olan hidrokarbonatlı – Aşağı Şirlan karbonat, istismar ehtiyatları 50 kubmetr/ gün olan Şuşa yeraltı şirin su yataqları var idi.

1981-ci ildə Şuşa və Əsgəran rayonlarının ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə edib. 1992-ci ildən Ermənistanın işğalı altında olan yasaqlıq hazırda tamamilə məhv edilib.

Şuşanın “Haça yal” adlanan sahəsində uzun illər əkilərək becərilmiş 1500-2000 palıd ağacı ermənilər tərəfindən doğranaraq aparılıb.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində müxtəlif vasitələrlə aparılmış videoçəkilişlərə baxaraq təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair Şuşa şəhərində yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə olunması, şəhərin yuxarı hissəsində, “Dörd yol” adlanan yerdən yuxarı Laçın küçəsinin solunda, Q.Əsgərov küçəsində 200-ə yaxın müxtəlif növ iridiametrli çoxillik ağacların kəsilməsi, ondan bir qədər irəlidə yolun sağında isə ağacların bütünlüklə qırılması, Zarıslı kəndində bütün ağacların, o cümlədən məktəb həyətində olan dekorativ və meyvə ağaclarının tamamilə məhv edilməsi, Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində meşə sahəsinin qırılaraq geniş düzənlik açılması və tikililər inşa edilməsi faktlarını aşkarlayıb.

“Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatlarının qiymətləndirilməsi üzrə işçi qrup”un qiymətləndirmə işlərinin hazırki yekunu üzrə, Şuşa rayonunun inzibati yaşayış ərazilərindəki təsərrüfat subyektlərinə, insan faktoruna və fərdi şəxslərin mülkiyyətinə dəymiş birbaşa zərərin ümumi məbləği 50 milyon 843 min manat olduğu müəyyənləşdirilib.

1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın tarixi şəhəri olan Şuşa işğal olunub. İşğalı nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.

Son xəbərlər

AbŞ gürcustan səfiri

“İvanişvili öz maraqlarını gürcü xalqının maraqlarından üstün tutur” – ABŞ səfiri

07 İyul 2025
281124 victor osimhen of galatasaray celebrates victory 1920.jpg

“Qalatasaray” Qsimhenlə müqavilə imzaladı

07 İyul 2025
Zelenski starmer

Zelenski Britaniya Baş naziri Starmer ilə dron istehsalını müzakirə edib

07 İyul 2025
Roman storovoyt

Rusiyalı nazır işdən çıxarılması haqda sərəncamın “mürəkkəni qurumamış” intihar etdi

07 İyul 2025
Zatulin

Bakı-Moskva münasibətləri yenidən qızışır-Bu dəfə Zatulin “gül ağzını açıb”danışmağa başıadı

07 İyul 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.