“TikTok” sosial platformu bir müddətdir ki, ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığı üçün bu ölkədə müzakirə edilir.
“Qərb Xəbər” xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ senatoru Maykl Bennetə, “Apple” şirkətinin rəhbəri Tim Kuk və “Google”nin baş direktoru Sundar Piçaya ünvanladığı məktubda o, “Apple” və “Google”dan “TikTok”u tətbiq mağazalarından “dərhal” silməyi tələb edib.
Şirkətin geniş istifadəçi bazası və məlumat toplama imkanları ABŞ-ı bu qərara sövq etdiyi vurğulanır.
Ölkədə “TikTok”u məhdudlaşdırmaq və qadağan etmək üçün əvvəllər də müraciətlər olunub. Bununla belə, Senatın Kəşfiyyat Komitəsinin üzvü Bennet “TikTok”un silinməsi ilə bağlı “Apple” və “Google” ilə birbaşa əlaqə saxlayan ilk ABŞ hüquq-mühafizə orqanı olub.
Bu yaxınlarda “TikTok” əməkdaşlarının istifadəçi məlumatlarına icazəsiz daxil olduğu və bu məlumatları sızdırdığı məlum olub. Hadisəni etiraf edən “TikTok”un əsas şirkəti ByteDance, onun casusluq etdiyini anlayan dörd əməkdaşını işdən çıxardığını açıqlayıb.