Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Tehranla İrəvanın “qardaşlaşması” – ikrah doğuran təkrarçılıq – Şərh

1 həftə ago
A A
90a8171d-17bf-3f2d-8af3-dcd9d8afe938_850

İranda vəziyyət ağırdır, insanlar aylardır meydanlarda haqq və hüquqları uğrunda mübarizə aparırlar. Tehran rejimi bunu gizlətməyə çalışsa da, bütün dünya həqiqətləri bilir. İran hakimiyyəti diqqəti yayındırmaq üçün müxtəlif variantlara əl atır, amma dünyadan təcrid olunmağa doğru yuvarlanan ölkənin edə biləcəyi çox iş də yoxdur.

Ona görə də Tehran üzünü İrandan da ağır vəziyyətdə olan Ermənistana çevirib, bu ölkəyə yaxınlığını nümayiş etdirir.

Yanvarın 17-19-da İrəvan şəhərinin meri Qraç Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti Tehran meri Əlirza Zakaninin dəvəti ilə İrana gedib. Səfər zamanı Tehranla İrəvanın qardaşlaşmasına dair sənəd imzalanıb.

Yayılan xəbərlərə əsasən, İsfahanla İrəvan artıq 1990-cı illərdən sonra qardaşlaşmış şəhər elan olunub. Bu, İranla Ermənistan arasında bağlanan ikinci “siğə qardaşlığı” sənədidir. Belə çıxır ki, İran hakimiyyəti təmsilçiləri, o cümlədən paytaxt rəhbərliyi Ermənistana sevgi və ehtiramını göstərmək üçün qardaşlaşmanı İrəvanla yeniləyib, “refreş” ediblər.

9ec90384-0aef-3fa6-8c20-a4f15dd7589e

Qardaşlamaya dair sənəd Tehranın şimal-qərbində yerləşən “Milad Tower” telekommunikasiya qülləsinin konfrans mərkəzində imzalanıb. Bu, İranda ən uca qüllədir. Onun hündürlüyü 435 metrdir.

Sənədin burada imzalanması da İranla Ermənistan arasında münasibətlərin çox yüksək səviyyədə olduğunun göstəricisi sayıla bilər. Ermənistanın Rusiyadan uzaqlaşması fonunda bunu İrəvanın Tehranı Moskvaya alternativ seçmək cəhdi kimi də qiymətləndirmək olar. Yaxud Ermənistan Rusiyadan qaçacağı halda İrandan gələ biləcək təzyiqləri neytrallaşdırmaq üçün indidən qardaşlaşır. Onu da ehtimal etmək olar ki, Moskva İran haimiyyətinin əli ilə Ermənistanı nəzarətdə saxlayır.

5ae67622-9c6e-3a6f-8d22-fcc129dd28a2

Ancaq İran hakimiyyətinin də vəziyyəti ürəkaçan deyil. Ölkədə mövcud diktatura rejminə qarşı aksiyalar keçirilir. Ermənistanın qoşulmaq istədiyi qərb bloku Tehran rejiminə qarşı sanksiyaları sərtləşdirir. ABŞ-dan sonra Böyük Britaniya və Avropa İttifaqının da yaxın günlərdə İran İnqilab Keşikçiləri Qvardiyasına (SEPAH) sanksiya tətbiq edəcəyi və onun terrorçu təşkilatlar siyahısına salınacağı istisna olunmur.

Ermənistan və İran beynəlxalq arenada eyni şəraitdə – qeyri-müəyyən və riskli vəziyyətdədir. Tehran hakimiyyəti İrəvanı ölkə paytaxtına qardaş etməklə özündən daha çox Ermənistana zərbə vurur. Qərbin ona etimadına kölgə salır.

irannnn

Bu qardaşlıq həm də İrandakı Azərbaycan türklərinə hörmətsizliyin daha bir örnəyidir. Xatırladaq ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei də türk sayılır.

O, Qarabağın işğaldan azad olunması ilə başa çatan 44 günlük Vətən müharbəsi dövründə demişdi: “Məlumdur ki, bu ərazilər Azərbaycanındır və Ermənistan tərəfinin zəbt etdiyi ərazilər azad edilməlidir. Azərbaycan Respublikası bu məsələdə haqlıdır”.

Belə bəyanatla çıxış edən liderin başçılıq etdiyi hakimiyyət işğalçılıq iddiasından əl çəkməyən ölkənin paytaxtını Tehranla qardaşlaşdırır. Ya bu ali rəhbərin və onun başçılıq etdiyi komandanın Azərbaycana münasibətdə ikiüzlülüyü, ya da hakimiyyətdaxili münasibətlərdə bir-birinə hörmətsizliyin əlamətdir.

 

1254e5bd-b03f-3fba-a0f8-4566221aef2e

1963-cü ildə Cənubi Koreyanın paytaxtı Seul, 1972-ci ildə isə ABŞ-ın Los-Ancelos şəhərləri ilə Tehran arasında da qardaşlaşmağa dair sənəd imzalanmışdı.

ABŞ-ın bu şəhərində İran və erməniəsilli insanlar çox olsa da indi heç kim bunu yada salmır. Hətta Los-Ancelosda son aylar Tehrandakı etiraz aksiyaları ilə həmrəylik tədbirləri də keçirilir.

Tehran hakimiyyəti Ermənistana sevgisini göstərmək üçün İrəvandan nümayəndə heyəti dəvət edib və qardaşlığın dərəcəsini nümayiş etdiriblər. Amma bu münasibəti regional və qlobal səviyyədə elə ciddi hadisə saymaq sadəlövlükdür. Sadəcə olaraq, bu əlaqələr elə önəmli olmasa da ürək bulandırır, ikrah doğurur. Lap elə İsfahandan sonra Tehranla İrəvanın qardaşlaması kimi.

Report.az

Son xəbərlər

İLHAM SİSİ

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

28 Yanvar 2023
63d4d70472da263d4d70472da3167489306063d4d70472da063d4d70472da1

QHT-lər İranda Azərbaycan səfirliyinə hücumla bağlı bəyanat yayıb

28 Yanvar 2023
e9f6bb1d-d8d8-48d7-8ed9-c673105164ef

Gürcüstan Azərbaycanlılar Konqresinin (GAK) sədri Hüseyin Yusifovla müsahibə (2-ci hissə)

28 Yanvar 2023
63d3cf8d0655563d3cf8d065561674825613a3fbef7772a69c2c23d881aa1e4d9295

Uşaqlarda ən çox aşkarlanan xəstəliklər açıqlanıb

28 Yanvar 2023
Narkomaniya

DİN: Ötən gün keçirilən əməliyyatlarda 10,2 kq narkotik aşkarlanıb

28 Yanvar 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.