Gürcüstanın paytaxtı Tbilisidə Parlament yaxınlığında davam edən aksiyada vəziyyət gərginləşib. Qerbxeber.com 24News.ge -yə istinadən xəbər verir ki, aksiya zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanın bir neçə iştirakçısını həbs edib.
Məlumata əsasən, saxlanılanlardan biri də “Girçi – Daha Çox Azadlıq” partiyasının lideri Zurab Caparidzedir. Vətəndaşlar dinc yürüşlə parlament binasını mühasirəyə almağı planlaşdırsalar da, polis buna imkan verməyib. Daxili İşlər Nazirliyi bir daha mitinqin təşkilatçılarını və iştirakçılarını polisin qanuni tələblərinə tabe olmağa, qanunla müəyyən edilmiş toplantı və nümayiş çərçivəsindən kənara çıxmamağa çağırır. Qeyd edək ki, DİN aksiya iştirakçılarını dağılışmağa çağırıb, əks halda isə su şirnağından istifadə edəcəkləri barədə xəbərdarlıq edilib.
***** ***** ***** *****
Gürcüstanın paytaxtı Tbilisidə “Avropaya bəli” Rusiya qanununa yox!” şuarları ilə keçirilən etiraz aksiyasında gərgin anlar başlayıb.Qerbxeber.com 24News.ge-yə istinadən xəbər verir ki, mitinq iştirakçıları dinc yürüşlə parlament binasını mühasirəyə almağa çalışıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları onların yürüşə çıxmasına imkan vermir, etirazçılar kordonu yarmağa çalışırlar. Polis kordonunun arxasında isə su şirnağı maşını səfərbər olunub.