Qerbxeber.com Aktual.ge-ə istinadən xəbər verir ki, Qərbyönümlü müxalifət partiyaları və QHT-lərin təşkilatçılığı ilə keçirilən aksiyaya “Biz Avropayıq” adı verilib.
Parlamentin önündə davam edən aksiyada “Biz Avropayıq”, “Yaşasın Gürcüstan” şüarları səsləndirilir və Rustaveli prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Parlament qarşısında qurulan səhnədə Aİ-nin 8 ölkəsinin Xarici İşlər Komitəsinin sədrləri və üzvlərinin çıxışı olub.(Ayrıntılar növbəti xəbərimizdə)
Aksiyanın əsas tələbi 26 oktyabrda keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvi və ölkədə yenidən seçkilərin keçirilməsidir.