Tbilisidə Qərbyönlü müxalifət partiyaları və vətəndaşlar yürüyüş aksiyasına başlayıblar.
Qerbxeber.com Aktual.ge-ə istinadən xəbər verir ki, yürüyüş həm “Marcanişvili” meydanından həm də “Dövlət Universiteti” metrostansiyasından başlayıb.
Aksiya iştirakçıları əllərində Gürcüstan və Avropa İttifaqı bayraqlarını daşıyıblar. Etirazçılar “Oyan Gürcüstan”, “Yaşasın Gürcüstan” kimi şüarlar səsləndirərək yürüşə davam ediblər.