Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Tbilisidə gənclərə “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” kitabı təqdim olunub

4 ay ago
A A
a3fbfeb4e5240fd867bb362dbdd77581

Azərbaycanın Diaspola İş üzrə Dövlət Komitəsinin dəstəyi paytaxt Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” adlı kitab gənclərə təqdim olunub.

“Qərb Xəbər” 24News.ge istinadən xəbər verir ki, tədbirdə mərkəzin icraçı direktoru Rəna Hüseynova çıxış edərək bildirib ki, kitab-albom Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Şuşa ili”nə həsr olunan tədbirlər çərçivəsində, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə nəşr edilib.

Görüş zamanı müxtəlif dərnəklərdə iştirak edən məktəb şagirdləri və tələbələrə kitabda yer alan Qarabağ xanlığına aid 300-dən çox artefaktın rəsmi və eksponatlar barədə geniş məlumatlar verilib.

Qeyd olunub ki, “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” kitabı Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin daha da dərinləşməsində layiqli töhfə olmaqla yanaşı, tariximizin öyrənilməsində dəyərli mənbə olacaq.

Bildirilib ki, kitab professor Eldar Nadiradzenin rəhbərliyi altında bir qrup gürcü alimin iştirakı ilə hazırlanıb.

Mərkəzin sədri Leyla Əmrahova yüzilliklərin yadigarı olan, əfsanəyə dönmüş həqiqətləri özündə yaşadan tarix nümunələrinin toplanılaraq nəşr edilməsini əhəmiyyətindən söz açıb, Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığı və onun zəngin mədəni irsinə artan beynəlxalq marağın daha bir göstəricisi kimi qiymətləndirib.

Mərkəzin tarix müəllimi Ruslan İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin oktyabrın 24-də Mcxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) “Qarabağ xanlığının irsi” kitabının təqdimatında və sərgidə iştirakı ilə bağlı video görüntüləri gənclərə nümayiş etdirib.

O, deyib ki, kitabda XIX əsrdə və XX əsrin əvvəlində Qarabağa təşkil edilmiş elmi ekspedisiyalar zamanı toplanaraq Rusiya imperiyasının Tiflis şəhərindəki arxivlərinə göndərilən, hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan çoxsaylı eksponatların bir hissəsi əksini tapıb. Kitabda artefkatların (xalçalar, silahlar, rəsm əsərlari, qab-qacaqlar və s.) əsasında müəllif Qarabağ xanlığı dövründə yaşamış Azərbaycan xalqının mədəni irsinin – silah və qələmin, zadəgan nəsillərin şan-şöhrətinin və ən xəfif poeziyanın parlaqlığının, ruhani yüksəlişin və yaradıcı inkişafın şərəfli dövrünün zənginliyini və müxtəlifliyini göstərildiyini qeyd edib.

Son xəbərlər

1670569080

Geosiyasi güc mübarizəsinin başqa adı: “Dəhlizlər” və “Kənar qurşağı”

23 Mart 2023
maria zakharova- mariya zaxarova

Rəsmi Moskva Azərbaycan və Ermənistanı danışıqları bərpa etməyə çağırdı

23 Mart 2023
vladimir putin

Medvedev: “Putini həbs etmək Rusiyaya qarşı müharibə elan etməkdir”

23 Mart 2023
rd-bild-u-aqlar-aras-nda-z-rbaycan-dilind-kitablar-paylan-b-0-1679555074

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb

23 Mart 2023
ea9be361-2b5c-3129-939c-4bc7771c70cd_850

Azərbaycanlı deputat: “Fransa XİN başçısınnın gələcəyi varsa, görəcəyi də var”

23 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.