Dünən Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıcılarından biri, o cümlədən Azərbaycanın ilk baş naziri kimi tarixə düşən Fətəli Xan Xoyskinin qətlinin 102-ci ildönümü anılıb.
“Qərb Xəbər” “24News.ge”ə isinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları və jurnalistlər görkəmli dövlət və siyasi xadimin Nəbatat bağındakı məzarı ziyarət olunub. Səfir Faiq Quliyev jurnalistlərə açıqlamasında deyib ki, AXC banilərinin əziz xatirələri hər zaman böyük hörmət və ehtiramla anılır və SOCAR şirkətinin Gürcüstan nümayəndəliyi tərəfindən 2012-ci ildən panteon xüsusi nəzarətə götürülüb.