Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Tbilisidə keçirilən aksiya iştirakçılarının zorakı hərəkətləri nəticəsində Nazirliyin bir əməkdaşı xəsarət alıb, ona müvafiq tibbi yardım göstərilib.
Qerbxeber.com 24News.ge istinadən xəbər verir ki, nazirlik İnzibati Xətalar Məcəlləsinin maddələrini pozduğuna görə, 14 nəfərin saxlanıldığnı açıqlayıb.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları dəfələrlə aksiyanın təşkilatçılarını və iştirakçılarını Daxili İşlər Nazirliyinin nümayəndələrinin qanuni tələblərinə tabe olmağa, sərbəst toplaşmaq və ifadə azadlığının qanuni hüdudlarını aşmamağa çağırıblar. Qanuni tələbləri nəzərə alaraq, ictimai asayişi pozmuş, asayiş keşikçilərinə müqavimət göstərmiş və şifahi təhqir etmiş 14 nəfər şəxs, İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələrinə uyğun olaraq saxlanılıb.
Qeyd edək ki, hazırda parlamentin girişində polis və xüsusi təyinatlılar səfərbər olunub. Su şirnağı və təcili yardım maşını da hazır vəziyyətdədir. Etirazçıların bir hissəsi ərazini tərk etməyəcəklərini bildirib və polisi onlar tərəfə keçməyə çağırıblar.